📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

2026-03-29 22:02:38

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan “VAZ 2107” və “BYD” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.