Gəncədə iki piyadanı maşın vurdu - Vəziyyətləri orta-ağırdır
2026-02-12 19:52:01
Gəncədə iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Ləman Hüseynova və Gədəbəy rayon sakini 1979-cu il təvəllüdlü Ruhiyyə Məmmədovanı maşın vurub.
Xəsarət alan şəxslər Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onlar ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.