Gəncədə maşınlar toqquşdu - Xəsarət alanlar var
2026-11-13 10:32:27
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Hurriyyet.net xəbər verir ki, hadisə Azərbaycan bayrağı küçəsində qeydə alınıb.
Belə ki, “KİA” markalı avtomobillə “Toyota Prius” markalı maşın toqquşub.
İlkin məlumata görə, hadisə zamanı xəsarət alanlar var.
Qəza yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.