📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gəncədə məktəbli qız sinif yoldaşını bıçaqladı

2022-04-19 13:11:00

Gəncədə məktəbli qız sinif yoldaşını bıçaqladı

Gəncədə məktəbli qız digər qız sinif yoldaşını bıçaqlayıb.

Hurriyyet.az xəbər verir ki, hadisə 8 nömrəli şəhər tam orta məktəbində qeydə alınıb.

İlkin məlumata görə, 2007-ci il təvəllüdlü 9-cu sinif şagirdi həmcinsi olan sinif yoldaşına bıçaqla xəsarət yetirib. 15 yaşlı qızın sinifyoldaşına boyun və kürək nahiyəsindən 2 zərbə vurduğu bildirilir.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional xidmətinin baş inspektoru Eşqin Qasımov "Qafqazinfo"ya bildirib ki, hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub: “Polis əməkdaşları dərhal hadisə yerinə gedərək araşdırmalara başlayıblar. Məlum olub ki, məktəbliyə öz sinif yoldaşı olan digər qız şagird tərəfindən xəsarət yetirilməsi məlum olub. Hazırda araşdırma aparılır. Nəticədən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.