GƏNCƏDƏ MƏKTƏBLİ QIZLAR BİR-BİRİNİ BIÇAQLAYIB - Təhsil Nazirliyi əməkdaşlarının gözü qarşısında
2022-04-19 20:40:00
Bu gün Gəncədə 8 nömrəli tam orta məktəbdə insident baş verib.
Hurriyyet.az-a bu haqda məlumat verən mənbənin sözlərinə görə, 8-ci sinifdə oxuyan iki qız Təhsil Nazirliyinin komissiya üzvlərinin gözü qarşısında bir-birini bıçaqlayıblar.
Məlumata əsasən, şagirdlərdən birinin vəziyyəti çox ağırdır.
Qeyd edək ki, məktəbin direktoru Elnur Qasımov Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin sinif yoldaşıdır.

Hurriyyet.az
Redaksiyadan: Əlavə məlumat verməyə çalışacağıq.