📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gəncədə qardaş bacısını qanına qəltan etdi

2023-11-02 09:11:43

Gəncədə qardaş bacısını qanına qəltan etdi

Kəlbəcər Rayon Polis Şöbəsinə Gəncə şəhər ərazisindəki yataqxanaların birində bir nəfər qadına kəsici-deşici alətlə çoxsaylı xəsarət yetirilməsi barədə məlumat daxil olub. 

Hurriyyet.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, dərhal Kəlbəcər Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Hüseyn Abbasov şəxsi münasibətlər zəminində bacısı, 1989-cu il təvəllüdlü Səbinə Abbasovaya çoxsaylı xəsarətlər yetirib və sonuncu xəstəxanaya aparılan zaman ölüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.