📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gəncədə sərnişin avtobusu aşdı - Video

2023-10-23 14:54:22

Gəncədə sərnişin avtobusu aşdı - Video

Gəncədə sərnişin avtobusu aşıb.

Hurriyyet.az xəbər verir ki, hadisə şəhərin Xan Bağı ərazisində baş verib.

Bir nömrəli marşurut üzrə hərəkət edən sərnişin avtobusu yolun kənarındakı xəndəyə düşərək aşıb.

İlkin məlumata görə, xəsarət alanlar var.

Qeyd edək ki, qəzanın baş verdiyi ərazidə bir müddət öncə yaşayış binası inşa olunurdu. Amma işlər yarımçıq saxlanılmışdı./Axar.az/