📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan şübhəli bilinir

2026-10-18 10:40:07

Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan şübhəli bilinir

Gəncə Dövlət Kukla Teatrının qarşısında bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, 1976-cı il təvəllüdlü Zaur Mustafayev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Onun teatrda mühafizəçi işlədiyi bildirilir. İlkin məlumata görə, hadisəni 15 yaşlı yeniyetmənin törətdiyi ehtimal olunur.

Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində polis tərəfindən müvafiq tədbirlər görülür.