📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gəncədə yelləncək qırıldı, uşaq yaralandı

2022-06-21 10:07:00

Gəncədə yelləncək qırıldı, uşaq yaralandı

Gəncədə 12 yaşlı uşaq yelləncəkdən yıxılaraq xəsarət alıb.

Hurriyyet.az-ın məlumatına görə, hadisə şəhərin Bayraq Meydanı parkında baş verib.

2010-cu il təvəllüdlü N. Abbasova elektriklə işləyən yelləncəyin qırılması nəticəsində hündürlükdən yıxılıb. Azyaşlı sol qabırğalarının sınığı və digər bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda onun səhhətinin normal olduğu bildirilir.