📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Gəncəni və Ukrayna şəhərlərini bombalayan "təfəkkür" eynidir" - ELXAN ŞAHİNOĞLU

2022-10-12 10:58:00

"Ukrayna cəmiyyəti də Azərbaycan cəmiyyəti kimi şəhərlərinin bombalanmasından panikaya düşməyib, işğalçı ilə mübarizə davam edir"

"İki il əvvəl Gəncənin bombalanması "təfəkkürü" ilə bu gün Ukraynanın şəhərlərini bombalayan "təfəkkür" eynidir". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, Ermənistan hakimiyyəti iki il əvvəl Qarabağda irəliləyən Azərbaycan ordusunu dayandıra bilmədiyindən ikinci böyük şəhərimizi raket atəşinə tutmağa qərar verdi: "Yəqin düşünürdülər ki, dağıntılar və mülki insanlar arasında itkilər Azərbaycan cəmiyyətində panika yaradacaq və ordumuz dayanmaq məcburiyyətində qalacaq. Əksinə cəmiyyətin işğalçıya qarşı etirazı artdı və ordu irəliləməkdə davam edirdi".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, Ukrayna cəmiyyəti də şəhərlərinin bombalanmasından panikaya düşməyib, işğalçı ilə mübarizə davam edir.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az