Gənclər təşkilatı növbəti maarifləndirici tədbirini Balakən rayonunda keçirdi - FOTOLAR
“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə növbəti tədbirini 12 aprel 2022-ci il tarixində Balakən rayonunda keçirmişdir.
Hurriyyet.az xəbər verir ki, rayon Gənclər evində keçirilən “Gənclərimizi zərərli vərdişlərdən qoruyaq” adlı tədbirdə rayon gəncləri və məktəblilər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Balakən rayon İH-nin nümayəndəsi Aqil Babayev açaraq, iştirakçıları salamlayıb və bu mövzunun aktual olduğunu vurğulayıb.
Təşkilatın nümayəndəsi Tələt Qəribov narkomaniyanın cəmiyyətimizə gətirdiyi çoxsaylı fəsadlar haqqında iştirakçılara geniş məlumat verıb.
Balakən RPŞ-nin narkotiklərə qarşı mübarizə idarəsinin rəisi Rahib Hüseynov, Gənclərin İnkişaf və Koryera mərkəzinin Balakən nümayəndəliyinin drektoru Şahin Qarakişiyev narkomaniyanın yaylmasının bizə düşmən qüvvələr tərəfindən gəncliyimizə bir qəsd olduğunu və rayonda bu bəlaya qarşı görülən tədbirlər haqqında geniş məlumat veriblər.
Rayon gənclərindən Elçin Bodirov, Ləman Süleymanova, müəllimə Maral Muradova mövzuya aid sual və təkliflərini səsləndiriblər.


Hurriyyet.az