📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gənclərarası Avropa çempionu bəlli olub

2023-07-08 23:23:00

Gənclərarası Avropa çempionu bəlli olub

21 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi bəlli olub.

Gürcüstanın Batumi şəhərində keçirilən çempionatın həlledici matçında İngiltərə və İspaniya gəncləri üz-üzə gəliblər.

Görüş birincilərin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu qarşılaşmanın ilk hissəsinə əlavə olunmuş 4-cü dəqiqədə Kurtis Cons vurub.

Qarşılaşmaya əlavə olunmuş 8-ci dəqiqədə ispaniyalı Abel Ruiz penalti zərbəsini qola çevirə bilməyib.

Bununla da İngiltərə milli komandası turnir ərzində qol buraxmadan çempionluq sevinci yaşayıb. \\Manset.az