📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Gənclərimizi zərərli vərdişlərdən qoruyaq!”- Gənclər təşkilatı maarifləndirici tədbirlərini davam etdirir

2022-03-19 20:15:00

“Gənclərimizi zərərli vərdişlərdən qoruyaq!”- Gənclər təşkilatı maarifləndirici tədbirlərini davam etdirir

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 18 mart 2022-ci il tarixində “Gənclərimizi zərərli vərdişlərdən qoruyaq” adlı layihəsini Salyan rayonunda davam etdirib.

Hurriyyet.az xəbər verir ki, rayon tarix-diyarşunaslıq muzeyində keçirilən tədbirdə rayon gəncləri və məktəblərin yuxarı sinif şagirdləri iştirak etmişdir. Tədbiri Salyan rayon İH-nin nümayəndəsi Sevinc Səmədova açaraq, iştirakçıları salamlayıb və narkomaniyanın cəmiyyətə gətirdiyi bəlalardan danışıb.

Layihənin təlimçisi Sadiq Həsənov qeyd edib ki, son dövrlər ölkəmizdə gənclər və xüsusilə yeniyetmələr arasında zərərli vərdişlərə meyl artmaqdadır. Narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsində boğan “ağ ölümdür”.

Salyan rayon xəstəxanasının narkoloq həkimi Seymur Sayılov narkomaniyanın çox ciddi bir bəla olduğunu, bu bəladan qurtarmağın çox çətin olduğunu qeyd edib. O, bir həkim kimi  qeyd edib ki, bunun ən yaxşı müalicəsi bu vərdişə ailudə olmamaqdır.   

Salyan RPŞ-nin nümayəndəsi, polis kapitanı Amin Pzayev qeyd edib ki, dövlət əhali arasında narkotiklərdən istifadənin qarşısını almaq üçün müəyyən tədbirlər görür. Lakin görülən tədbirlərə baxmayaraq, narkomaniya ildən-ilə cavanlaşır. Hətta bunlar arasında azyaşlılara da rast gəlmək olur.

Yazıçılar Birliyinin Muğan bölməsinin sədri Nəbi ibrahimov narkomaniyanın qarçısının alınmasında maarifləndirmənin böyük rolu olduğunu qeyd edib. O, gənclərimizə asudə vaxtlarından  səmərəli istifadə etməyi və əsasən kitab oxumağı, idmanla məşğul olmağı tövsiyə edib. Rayon Ağsaqqallar Şurasının sədr müavini Məmməd Ağayev gənclərə   narkomaniyadan uzaq olmağı, daim rayonun ictimai işlərində fəal olmağı məsləhət bilib.

Sonda tədbirə qatılan ziyalılar iştirakçıların bu mövzu ətrafındakı suallarına çavablandırlblar.