📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Gənclərimizi zərərli vərdişlərdən qoruyaq” – Masallıda eyniadlı layihənin ilk toplantısı keçirildi / FOTOLAR

2022-02-23 12:31:00

“Gənclərimizi zərərli vərdişlərdən qoruyaq” – Masallıda eyniadlı layihənin ilk toplantısı keçirildi / FOTOLAR

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə 22 fevral 2020-ci il tarixində Masallı rayonunda “Gənclərimizi zərərli vərdişlərdən qoruyaq” adlı layinəsin ilk tədbirini keçirmişdir.

Hurriyyet.az xəbər verir ki, rayon Gənclər evində təşkil edilən tədbiri giriş sözü ilə rayon Gənclər və idman idarəsinin rəis müavini Oqtay Mütəllimov açaraq iştirakçıları salamlayıb. O, dünyanı cənginə alan narkomaniyanın bəşəriyyətin faciəsi olduğunu qeyd edib.

Təşkilatın nümayəndəsi Tələt Qəribov qeyd edib ki,  gənclərimizin bu bəlaya aludə olması onların həyatını tamamilə məhv edir və onların gələcəyi sual altında qalır. Beləliklə, “Nə etməli, bu bəladan insanları necə xilas etməli” sualı meydana gəlir. Dövlət narkotiklərdən istifadənin qarşısını almaq üçün müəyyən tədbirlər görür. Lakin görülən tədbirlərə baxmayaraq narkomaniya ildən- ilə cavanlaşır. Hətta azyaşlılar arasında da narkomanlara rast gəlinir. Səbəb isə ailədə, cəmiyyətdə uşaqlara tərbiyəsinin düzgün verilməməsidir. Ailədaxili cinayətlərin artması, boşanma hallarının artması, yol nəqliyyat hadisələrinin çoxalması, xəstə doğulan uşaqların sayında artım və. s. bu kimi neqativ hallar dolayı yolla narkomaniya ilə bağlıdır.  

Layihənin təlimçisi, kimya üzrə fəlsəfə doktoru Sadiq Həsənov narkotiklərin insan sağlamlığına gətidiyi fəsadlar barədə geniş çıxış edib. Son dövrlərdə istifadə olunan “patı”, “şüşə” və s. adlı sintetik vasitələrin insanlara gətirdiyi bəlalarda danışıb. Masallı Dövlət Regional  kollecin müəllimi Əsədli Əsəd, kolecin tələbəsi Quliyev Amil, İsmayılova Günay  çıxış edərək bu mövzuya aid öz fikirlərin çatdırıblar.

Sonda bu nəticəyə gəlinib ki, problemin həllinə xidmət edən mühüm addımlardan biri də hər zaman qeyd edildiyi kimi, maarifləndirmə işinin lazımı səviyyədə qurulması, insanlara narkotiklər, onun fəsadları haqqında geniş, hərtərəfli məlumat verilməsidir.

Hurriyyet.az