📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

General Bəkir Orucov Müdafiə Nazirliyində yeni vəzifəyə təyin edildi

2021-09-28 13:23:00

General Bəkir Orucov Müdafiə Nazirliyində yeni vəzifəyə təyin edildi

Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi general-mayor Bəkir Orucov vəzifəsindən azad edilib.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, o, Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi təyin edilib.

Hələlik Cəmşid Naxçıvanski adına Hərbi liseyinə yeni rəis təyin edilməyib.