📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

General göstəriş verdi, diplomlarla bağlı araşdırma başladı - İşdən çıxarılanlar var

2022-12-21 16:14:00

General göstəriş verdi, diplomlarla bağlı araşdırma başladı - İşdən çıxarılanlar var

Dövlət Gömrük Komitəsində (DGK) diplomlarla bağlı araşdırma aparılır. 

Hurriyyet.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov göstəriş verib. 

Artıq ilkin nəticələr də məlum olub. Belə ki, gömrük sahəsində çalışan xeyli sayda vəzifəli və rütübəli şəxsin diplomunun təsdiqlənməməsi faktı aşkarlanıb. 

O da aydın olub ki, DGK-nın bəzi rütübəli şəxsləri xarici ölkələrdəki ali məktəblərə adlarını yazdırsa da, həmin ölkələrə getmədən "təhsil” alıblar. Bu kimi hallar müəyyən edilən şəxslər işdən azad olunur və bəzinin barəsində isə araşdırma aparılır.