General indi nə işlə məşğuldur? (FOTO)
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının sabiq rəisi, general-mayor Pənah Süleymanov direktor müavini imiş.
Məlumata görə, general hazırda Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun direktor müavinidir.

Pənah Süleymanov
İnstitut Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin tərkibində fəaliyət göstərir.
4 il əvvəl Pənah Süleymanovun nazir Kəmaləddin Heydərovun etimadını itirdiyi üçün vəzifəsindən azad olunduğu deyilirdi.

Kəramət Abdullayev
Həmçinin bir neçə ay əvvəl vəzifəsindən azad olunan Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant Əsgər Abdullayevin qardaşı da sözügedən inistitutda yüksək vəzifə daşıyır. Belə ki, Abdullayev Kəramət Həsən oğlu institutun direktor müavinidir.
qaynarinfo.az