📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

General-mayor Akif Yusifov vəzifəsindən azad olundu

2025-12-16 21:18:21

General-mayor Akif Yusifov vəzifəsindən azad olundu

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətininin Milli Qvardiyasının komandanı, general-mayor Akif Yusifov vəzifəsindən azad olunub.

Bu barədə müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, A.Yusifov ehtiyata buraxılıb. 

Qeyd edək ki, Azərbaycan Prezidentinin 7 fevral 2013-cü ildə sərəncamı ilə Akif İsaxan oğlu Yusifov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini - Milli Qvardiyanın komandanı təyin edilmişdi. Həmin ilin dekabrın 25-də ona general-mayor ali hərbi rütbəsi verilib. (Yeni sabah)