General Natiq Əliyevin qızına əlavə ittihamlar irəli sürüldü
2026-11-12 19:36:31
General-mayor Natiq Əliyevin külli miqdarda dələduzluqda təqsirləndirilən qızı Türkər Əliyevaya qarşı əlavə maddələr üzrə də ittiham irəli sürülüb.
Sumqayıt Şəhər Prokurorluğunda o, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə yanaşı, daha iki maddə ilə də təqsirləndirilib.
Məlumata görə, T.Əliyevaya, həmçinin Cinayət Məcəlləsinin 32.4-cü (ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə, digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq etməklə cinayətdə iştirakçılıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə müqəssir bilinir./Oxu.Az/