📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

General oğlu restoran açdı

2022-08-01 10:50:00

General oğlu restoran açdı

Dünən Salyan rayonu ərazisində “Yolüstü” adlı restoranın açılış mərasimi keçirilib.

Sözügedən restoran Bakı-Astara magistralının hər iki kənarında yerləşir.

Hurriyyet.az Demokrat.az-a istinadən xəbər verir ki, həmin restoran Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini – Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənovun oğluna məxsusdur. Restoranın dünən baş tutan təmtəraqlı açılış mərasimində Ceyhun Həsənovun oğlu da iştirak edib. Qeyd edək ki, Ceyhun Həsənov Salyan rayonunun Yolüstü kəndində doğulub.