📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

General oğlunun məşhur orkestri dağıldı: Özü istefa verdi - FOTO

2021-09-09 13:54:00

General oğlunun məşhur orkestri dağıldı: Özü istefa verdi - FOTO

Fövqəladə Hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin oğlu Cavad Tağı-zadənin yaratdığı məşhur orkestr dağılıb.

Hurriyyet.az xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının nəzdində fəaliyət göstərmiş, Cavad Tağı-zadənin bədii rəhbəri və baş dirijoru olduğu “Baku Sinfonietta” orkestri ləğv edilib.

Qeyd edək ki, “Baku Sinfonietta” orkestri dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxış edib.

Cavad Tağı-zadə həmçinin Bakı Musiqi Akademiyasındakı işindən də istefa verib.

Qeyd edək ki, Tağı-zadə Cavad Faiq oğlu – Skripka ifaçısı və dirijordur. Nazim Əliverdibəyov adına gənc ifaçıların IV ümumşəhər müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Beynəlxalq İfaçılıq müsabiqəsində 2-ci dərəcəli diploma layiq görülüb. “Oazis” simli kvartetinin və “Ad libitum” müasir antrepriz ansamblının yaradıcısıdır./Qaynarinfo/