General təqaüdə göndərildi - Yeni təyinat
2024-06-10 12:49:21
Müdafiə Nazirliyinin Katibliyinin rəisi general-mayor Namiq Poladov vəzifəsindən azad edilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.
Əmrə əsasən, general Poladov son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Nazirin digər Əmri ilə polkovnik Elnur Kazımov Katibliyin rəisi təyin edilib.
qafqazinfo.az