📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

General vəzifəsində AZAD OLUNDU

2021-11-10 22:24:00

General vəzifəsində AZAD OLUNDU

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavinlərindən biri işdən çıxarılıb.

Bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, general-mayor Şahvələd Əliyev Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, Ş.Əliyev 2018-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsində çalışırdı. Prezident İlham Əliyevin 2019-cu il 11 fevral tarixli sərəncamı ilə ona general-mayor ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, Ş.Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin qardaşıdır. \\Report