📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

General: Yeni yaradılan həbsxanada üztanıma sistemi tətbiq olunacaq

2024-03-18 16:44:18

General: Yeni yaradılan həbsxanada üztanıma sistemi tətbiq olunacaq

Lənkəranda yeni yaradılmış penitensiar kompleksində məhkumların məhkəməyə “online” qoşulması üçün xüsusi yerlər və üz tanınmasına dair xüsusi kompüterlər quraşdırılıb.

Hurriyyet.az "Report"a istinadla xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Lənkəranda yeni istifadəyə verilmiş penitensiar kompleksində keçirilmiş mediatur zamanı ədliyyə general-mayoru Oqtay Məmmədov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün sahələri, eləcə də Ədliyyə Nazirliyinin strukturu olan Penitensiar Xidmət təkmilləşdirilir:

“Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların şəraiti yaxşılaşdırılır. İdarəetmədə innovativ texnologiyalardan istifadə edilir. Bir neçə ay əvvəl Umbakı Penitensiar müəssisəsinin fəaliyyətə başlaması, eləcə də Lənkəranda yaradılan yeni cəzaçəkmə müəssisəsi məhkumlara diqqət və qayğının nümunəsidir.

Kompleksdə bütün müasir tələblər nəzərə alınıb. Müəssisədə məhkumların məhkəməyə "online" qoşulması üçün xüsusi yerlər və üztanıması üçün xüsusi kompüterlər var. Məhkumların asudə vaxtlarını səmərəli keçirmək üçün idman zalları və islah işlərini aparmaq üçün müvafiq yerlər var".