📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

General yüksək vəzifəyə təyin edildi

2026-02-04 12:20:53

General yüksək vəzifəyə təyin edildi

Dövlət Sərhəd Xidmətində (DSX) daha bir generala yüksək vəzifə verilib.

Hurriyyet.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, general-mayor Aqil Babayev DSX-nin Aparatında Baş İdarə rəisi təyin edilib.

Qeyd edək ki, A.Babayev əvvəllər DSX Akademiyasının rəisi, daha sonra Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi işləyib. O, "İgidliyə görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.