📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Generalın oğlu AAYDA-dakı işindən çıxarıldı - Vüsal Nəsirli əmr imzalayıb

2026-05-06 20:39:55

Generalın oğlu AAYDA-dakı işindən çıxarıldı - Vüsal Nəsirli əmr imzalayıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) növbəti kadr islahatı həyata keçirilib.

“AzPolitika" “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli Əmr imzalayıb.

Əmrə əsasən, AAYDA-nın Söküntülər şöbəsinin rəisi Cavidan Həsənov vəzifəsindən azad edilib.

Qeyd edək ki, C.Həsənov Penitensiar Xidmətin sabiq rəisi general-leytenant Ceyhun Həsənovun oğludur.

Fotoda general-leytenant Ceyhun Həsənov

Vüsal Nəsirli generalın oğlunu İŞDƏN ÇIXARDI - FOTO