📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Generalın qardaşı hansı səbəbdən intihar edib? - İDDİA

2021-07-09 13:40:00

Generalın qardaşı hansı səbəbdən intihar edib? - İDDİA

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında tabel silahından istifadə etməklə intihar edib.

Unikal.org-un məlumatına görə, 51 yaşında intihar edən Rahib Mirzəyev ağır xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

İddia edilib ki, ağrılara dözə bilmədiyi üçün özünə qəsd edib. 

Onun iki övladı var.