📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Generalın qızına qorxunc mesaj - evinin qarşısına donuz cəsədi atdılar - FOTO

2026-08-16 13:46:07

Generalın qızına qorxunc mesaj - evinin qarşısına donuz cəsədi atdılar - FOTO

Moskvada naməlum şəxslər yaşayış binasının qarşısına donuz cəsədi qoyaraq divarda Anastasiya adlı şəxsə ünvanlanan mesaj yazıblar.

Hurriyyet.Media  xəbər verir ki, hadisə Moskvanın Novoperedelkinskaya küçəsi, 14 ünvanında baş verib. Yayılan görüntü və məlumatlara görə, naməlum şəxslər binanın yaxınlığına donuz cəsədi qoyublar, divarda isə rus dilində “Nastya, bu sənədir” mesajı yazılıb.

Mənbələrdə həmin binada Rusiya generalı Roman Yurçenkonun qızı Anastasiya Yurçenkonun yaşadığı bildirilir.

Roman Petroviç Yurçenko Rusiya Silahlı Qüvvələrinin generalıdır. Məlumatlara görə, o, 2025-ci ildən 20-ci Qvardiya Ümumqoşun Ordusunun komandanıdır. Bundan əvvəl isə 41-ci Ümumqoşun Ordusunda qərargah rəisi və komandanın birinci müavini vəzifəsində çalışıb.

Hazırda donuz cəsədini binanın qarşısına kimin qoyduğu və hadisənin motivi məlum deyil.

Attachment