📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Generalın restoranı CƏRİMƏLƏNDİ

2021-11-12 20:23:00

Generalın restoranı CƏRİMƏLƏNDİ

Noyabrın 10-da ölkə üzrə 402 ictimai iaşə obyektində 690 monitorinq keçirilib.

AQTA-dan verilən məlumata görə, keçirilən monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələrindən biri Bakı şəhəri, Yasamal ‎‎rayonu, H. Zərdabi pr., ev 20 ünvanında yerləşən, hüquqi şəxs "XS-500 Group” MMC-yə məxsus "Atlantis” restoranıdır.

AQTA tərəfindən cərimələnən "Atlantis” restoranı keçmiş millət vəkili, ehtiyatda olan general-leytenant Əliağa Hüseynova məxsusdur. \\Manset.az