Generalın vəkilinin halı pisləşdi, iş başında vəfat etdi
2022-09-19 15:48:00
Ədliyyə Nazirliyinin İcra və Probasiya İdarəsinin Sumqayıt şəhər şöbəsində ölüm hadisəsi baş verib.
Hurriyyet.az xəbər verir ki, vəkil, 1958-ci il təvəllüdlü Valeri Mənsum oğlu Vəliyev idarədə olarkən halı qəfil pisləşib. Yaxınlıqdakı şəxslər ona kömək etmək istəsələr də, 64 yaşlı vəkil vəfat edib.
V.Vəliyev Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili olub.
Qeyd edək ki V.Vəliyev bir sıra siyasi məhkəmə işlərində vəkil kimi iştirak edib. O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, general-mayor Sübahir Qurbanovun da vəkili olub. (Qafqazinfo)