Geomaqnit qasırğası proqnozlaşdırılır
2024-06-03 13:07:55
Hurriyyet.az
31 may tarixində geomaqnit sahəsinin fəallığı qısamüddətli G1 səviyyəsinə yüksəlib. Hal-hazırda Kp indeksi 2-yə bərabərdir və kosmik hava sakitdir.
Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, Günəş küləyinin 1 iyunda baş vermiş TKA təsiri ilə sürətlənəcəyi gözlənilir.
Geomaqnit sahəsi – 1 iyunda baş vermiş TKA təsiri ilə 4 iyunda G1 (zəif) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.