📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Gərək Azərbaycanda 90 faiz ailələr dağılsın"

2022-01-10 22:52:00

Müğənni Nadir Qafarzadə Əməkdar artist Elza Seyidcahanın "Qadının borcudur ki, ərinin xəyanətini bağışlasın" açıqlamasına münasibət bildirib.

N. Qafarzadə "show_news" instaqram hesabına rəy yazaraq Azərbaycanda əksər bəylərin xanımlarına xəyanət etdiyini vurğulayıb:

"Əgər xəyanət üstündə boşanmalar olsa, onda gərək Azərbaycanda 80-90 faiz ailələr dağılsın. Xəyanət hər dövrdə olub. Dünən olub, bu gün var, sabah da olacaq. Biz istəsək və istəməsək də... Yazılmamış qanun". \\OLAY