📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Gərək "Azərişıq"da da adamın olsun"

2025-02-22 22:05:36

Aktrisa Cəmilə Tağızadə işıqların olmamasından şikayətlənib. 
Hurriyyet.Az Axşam.az-a istinadən xəbər verir ki, bununla bağlı paylaşım edən aktrisa bunları yazıb:
"Hava soyuq, bir yandan da işqılar kəsilib. 199-a düşmək mümkün deyil".
Aktrisa bildirib ki, problemi həll etmək üçün "Azərişıq"dan tanış tapıb:
"Nömrəni işıqsız qalan bir neçə yaxınıma verdim. 
Problem həll olundu. Adamın gərək "Azərişıq"da da adamı olsun. Bunu öyrəndik".