📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Getdikcə daha çox üstünlüklər əldə edirlər” – ABŞ Rusiya ilə bağlı xəbərdarlıq etdi

2024-03-12 14:53:38

“Getdikcə daha çox üstünlüklər əldə edirlər” – ABŞ Rusiya ilə bağlı xəbərdarlıq etdi

ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Avril Haynes ABŞ Senatının Kəşfiyyat üzrə Komitəsində çıxışında bildirib ki Ukraynaya yeni yardımların göndərilməsi üçün Konqresin təsdiqi mütləqdir.

O, qeyd edib ki, bu sahədəki qeyri-müəyyənlik Rusiyanın xeyrinədir və döyüş meydanındakı vəziyyət getdikcə daha çox Moskvanın xeyrinə çevrilir.

“Bu durğunluq Rusiyanın strateji üstünlüyünə xidmət edir. Rusiyanın müdafiə sənayesi uzun mənzilli hücum silahlarının, artilleriya sursatlarının və digər silahların istehsalını əhəmiyyətli dərəcədə artırır. Getdikcə daha çox üstünlüklər əldə edirlər. Rusiya 2023-cü ilin sonundan bəri Qərb ölkələrinin hərbi yardımı ilə bağlı artan qeyri-müəyyənlik səbəbindən döyüş meydanında davamlı irəliləyiş əldə edib”,-deyə o bildirib.

AzPolitika.info