📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gevork Gevorkyan Nikol Paşinyanı Azərbaycana satılmaqda suçladı və onu “Şeytanın əsgəri” adlandırdı

2021-09-08 16:40:00

Gevork Gevorkyan Nikol Paşinyanı Azərbaycana satılmaqda suçladı və onu “Şeytanın əsgəri” adlandırdı

Azərbaycyan-Türkiyə hərbçilərinin Laçın rayonu ərazisində təlimlər keçirməsi ictimai xadimləri daxil olmaqla erməniləri qıcıqlandırır. Bunda baş nazir Nikol Paşinyanı günahlandıran ictimai xadim Gevok Gevorkyan qəzəb kükrəməklə qalmır, üstəlik "qəbilə yoldaşlarına" ürək-dirək də verir. Hətta N.Paşinyanı "Şeytanın əsgəri" də adlandırır.  

"Cəmiyyətin parçalanması, xalqımızın bir hissəsinin digər hissəsinə qarşı qəzəb və nifrət yetişdirməklə məşğul olan hakimiyyətin manipulyasiyaları fonunda Azərbaycan Türkiyə ilə birlikdə bu dəfə Laçın bölgəsində mütəmadi olaraq təlimlər keçirir” deyə erməni ictimai xadim  Gevorkyan mətbuat konfransı zamanı bəyan etdi. Onun sözlərinə görə, Azərbaycan-Türkiyə tandemi hücuma hazırlaşdığı üçün müxtəlif hava şəraitində problem yarada biləcək relyef xüsusiyyətlərini, şəraitə görə silah istifadə etməyin yollarını öyrənirlər. Eyni zamanda, cəmiyyətimiz müxtəlif manipulyasiyalarla içəridən dağıdırlar. "Biz başa düşməliyik ki, hakimiyyət orqanlarının manipulyasiyasına nə qədər uzun müddət icazə versək, düşmənimiz bizi o qədər asan məhv edə bilər", Gevorkyan bildirib.

O əmindir ki, çətin sosial şəraitdə bir sərhəd kəndində yaşayan adamı "Silahı oğluma, şərəfi mənə, sevgimi vətənə" şüarının mahiyyətini dərk edə bilməməkdə günahlandırmaq olmaz. Təbii ki, bu adam türklərlə yan-yana yaşamaqdan danışacaq. “Bu həmvətənlərimiz çox şey bilmir, anlamırlar, fikrini bunlarda cəmləmək, manipulyasiyalara boyun əyməklə-ölkəmizdə 680 min zax var- deyərək bir-birinə qəzəblənmək yolverilməzdir” Gevorkyan bildirib. O əmindir ki, bir çoxları onun mövqeyini paylaşırlar. "Daxili düşmənimizə gəlincə, kimlər ki, cəmiyyəti içəridən parçaladı, eynilə şeytanın əsgəri olan Nikol kimi, ölkəni məhv etdi, onlar hamısı cavab verməlidir, amma bu, təxribatlara boyun əyməyimiz və bölünməyimizə icazə verməyimiz anlamına gəlmir", Gevorkyan deyib.

Ülviyyə Şükürova

Hurriyyet.az