📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Geyinilmiş paltarlar göndərməyin” – Türkiyə səfirliyindən AÇIQLAMA

2023-02-08 13:12:00

“Geyinilmiş paltarlar göndərməyin” – Türkiyə səfirliyindən AÇIQLAMA

“Türkiyə üçün humanitar yardım göndərən insanlardan ikinci əl, yəni geyinilmiş paltarlar göndərməməyi xahiş edirik”.

Hurriyyet.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Türkiyənin Azərbaycandakı Səfirliyindən bildirilib.

“Ölkədə güclü zəlzələ nəticəsində yaranmış humanitar böhran səbəbindən məsələyə daha həssas yanaşırıq. Yarana biləcək hər hansı virus və ya xəstəliyin yayılmaması üçün profilaktiki olaraq bu addımı atırıq”, – diplomatik nümayəndəlikdən bildirilib.