📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Girnedəki gəmi qəzasında saxlanılan azərbaycanlıdan XƏBƏR VAR

2026-09-23 17:35:43

Girnedəki gəmi qəzasında saxlanılan azərbaycanlıdan XƏBƏR VAR

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümüylə nəticələnən gəmi qəzası ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan azərbaycanlılardan biri - Şabran sakini Qədir Quliyev ailəsi ilə əlaqə saxlayıb.

Bu barədə Musavat.com-a Qədir Quliyevin atası Baloğlan Quliyev məlumat verib.

Onun sözlərinə görə, oğlu ötən həftənin cümə günü polis idarəsindən ailəsinə zəng edib:

“Oğlumla ötən həftənin cümə günü əlaqə saxlaya bilmişik. O, polis idarəsindən bizə zəng edib yaxşı olduğunu, istintaq getdiyi üçün hələ də nəzarətdə saxlanıldığını dedi. Həmin vaxtdan oğlumdan yenidən zəng gözləyirik”.

icfyWIwF8dMran9k24damgEx3sLj6pir0a8TrN9b_1200.jpg (113 KB)

Baloğlan Quliyev bildirib ki, ailə vəkillərlə də əlaqə saxlayır. Vəkillər Qədir Quliyevin vəziyyətinin yaxşı olduğunu deyirlər.

“Məlumata görə, oğlumgil saxlanıldıqları üçün telefon işlədə bilmirlər. Saxlanılan digər azərbaycanlılar da bölmədən ailələri ilə əlaqə saxlaya biliblər. Onların da istintaqı davam edir”, – deyə o qeyd edib.

Qeyd edək ki, Şimali Kiprin Girne sahillərində baş verən gəmi qəzası ilə bağlı istintaq çərçivəsində üç Azərbaycan vətəndaşı saxlanılıb. Onlar Xaçmaz rayonunun Palçıqoba kənd sakini Valeh Hümbətov, əslən Tərtərdən olan və hazırda Bakıda yaşayan Rəşad İbrahimov və Şabran rayon sakini Qədir Quliyevdir.

Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzası baş verib. Son məlumatlara görə, hadisə nəticəsində 240 nəfər xilas edilib, 8 nəfər həyatını itirib. Daha 19 sərnişinin taleyinin müəyyənləşdirilməsi istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.