📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gömrük Komitəsində yeni təyinatlar

2026-02-10 11:53:32

Gömrük Komitəsində yeni təyinatlar

Dövlət Gömrük Komitəsində yeni təyinatlar olub.

Hurriyyet.org“Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Şahin Bağırov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, gömrük xidməti mayoru Elçin Zülfəli oğlu Qasımzadə Audit İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Rövşən Siyafiq oğlu Namazov Gömrük Siyasəti Baş İdarəsinin rəisi, gömrük xidməti mayoru Şamil Rizvan oğlu Həsənli isə Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyin edilib.