📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gömrük Komitəsinin sədr müavini işdən çıxarıldı

2024-08-27 09:45:59

Gömrük Komitəsinin sədr müavini işdən çıxarıldı

Dövlət Gömrük Komitəsinin sədr müavini işdən çıxarılıb. 

Hurriyyet.az xəbər verir ki, DGK-nin sədr müavini, gömrük xidməti general-mayoru Qasımov Cavad Mustafa oğlu vəzifəsindən azad edilib.

Qeyd edək ki, Cavad Qasımov 2018-ci ildən DGK-nin sədr müavini idi.

Xatırladaq ki, dünən Baş Prokurorluq Dövlət Gömrük Komitəsinin bir neçə əməkdaşının korrupsiya cinayətləri ilə əlaqədar həbs edilməsi barədə məlumat yayıb. (Unikal)