Gömrük Komitəsinin sədrinə yeni müavin təyin edildi - FOTO
2022-08-02 17:52:00
Azərbaycan Prezidenti İlham Əliyev Bəhruz Quliyevi Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edib.
Hurriyyet.az xəbər verir ki, Bəhruz Quliyev 2018-ci ilə qədər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb.
O, Dövlət Gömrük Komitəsinin sabiq rəisi Səfər Mehdiyevin əmri ilə tutduğu vəzifədən uzaqlaşdırılıb.