Gömrük sistemində robotlar çalışacaqlar
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Gürcüstanda robot gömrükçülər işləməyə başlayacaq. Onlar gömrük əməliyyatları sisteminə fəal şəkildə daxil olacaq və sərhəddə nəzarətin həyata keçirilməsinə kömək edəcək.
Hökumətin bu planı barəsində açıqlamanı Gürcüstanın Maliyyə naziri Laşa Xutsişvili verib. “Dəmir gömrükçülər” gömrük sisteminin rəqəmsal texnologiyalarla təkmilləşdirilməsi gedişatında meydana çıxıblar. Onlar müxtəlif sənədləri qəbul edib rəqəmsallaşdıracaq, onlarda olan səhvləri göstərəcək və gömrük nəzarəti işinə cəlb olunacaqlar.
Nazir xatırladıb ki, eCustoms portalına qəbul edilmiş şəxslər üçün bu yaxınlarda avtomatlaşdırılmış sistem tətbiq edilib, eləcə də malların Gürcüstan ərazisinə daxil olmamışdan əvvəl ilkin bəyannaməsinə imkan verən prosedurlar tətbiq edilib.
Hürr Tərcüman