📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı

2026-08-24 23:08:50

Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman vasitələri aşkar edilib.

Hurriyyet.media  xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, idarənin “Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttində yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

“Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin dartıcı hissəsində gömrük orqanına bəyan edilməyən, ümumilikdə 5 adda 2755 konvalyut dərman aşkar edilib.

Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda bildirilib.