📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gömrükdə əməliyyat: 22 kq gümüş aşkar edildi

2023-10-28 16:39:05

Gömrükdə əməliyyat: 22 kq gümüş aşkar edildi

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçən yük nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.

Hurriyyet.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, yoxlama zamanı yük nəqliyyat vasitəsinin müxtəlif yerlərindən 10 ədəd külçə formasında 999,9 əyarlı, ümumi çəkisi 22,55 kq olan gümüş aşkar edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.