📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gömrükdə yaranan növbələr tam aradan qaldırılacaq - RƏSMİ + FOTO

2021-07-07 16:26:00

Gömrükdə yaranan növbələr tam aradan qaldırılacaq - RƏSMİ + FOTO

“Rusiya ilə sərhəddə yerləşən Xanoba gömrük postunda tikinti işləri uğurla davam etdirilir”.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sosial media hesabında yazıb.

Komitə sədri bildirib ki, bu gün postda aparılan yenidənqurma işləri ilə növbəti dəfə tanış olublar: “Yaxın gələcəkdə istifadəyə veriləcək bu post sərhəddə yaranan növbələrin tam aradan qaldırılmasını təmin edəcək”.