📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Google” Azərbaycanda Müstəqilliyin Bərpası Gününə dudl həsr etdi

2021-10-18 09:36:00

“Google” Azərbaycanda Müstəqilliyin Bərpası Gününə dudl həsr etdi

“Google” axtarış saytının əsas səhifəsi Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 illiyinə həsr edilib.

Hurriyyet.az xəbər verir ki, Azərbaycanın bayrağını klik edəndə “Azərbaycanda Müstəqilliyin Bərpası Günü” ilə bağlı məlumatların yer aldığı səhifələrə keçid baş verir.

Xatırladaq ki, dudl Google axtarış saytının əsas səhifəsində əlamətdar hadisələr münasibəti ilə yaradılan xüsusi açıqcaların adıdır.