“Google" erməni saxtakarlığının qarşısını belə aldı - FOTOFAKT
2022-10-18 17:24:00
“Google" erməni saxtakarlığının qarşısını alıb.
Hurriyyet.az bildirir ki, bu barədə azərbaycanşünas Qarnik Davtyan öz “Facebook” səhifəsində yazıb.
O, qondarma adların xəritədən çıxarıldığını deyib. Yəni, Akna-Ağdam, Varanda-Füzuli, Kovskana- Zəngilan, Karvaçar- Kəlbəcər olub.
”Onlar uzun müddətdir, bu məsələ ilə məşğuldurlar. Hətta ötən il yerlərin adlarının dəyişdirilməsi ilə bağlı “Google”a rəsmi müraciət ediblər” - Davtyan bildirib.
Məlumata görə, hazırda adlar bərpa olunur.
Qeyd edək ki, ermənilər “Google Maps”da Azərbaycanın tarixi rayonlarının adlarını ermənicə olan qondarma adlarla dəyişdirmişdilər.

Sfera.az