📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Google"dan AÇIQLAMA: İran Bayden ilə Trampın kampaniyalarına kiberhücumlar edib

2024-08-15 12:19:16

"Google", prezident Baydenin qərargahına və ABŞ prezidentliyinə namizəd Trampın seçki qərargahına İranın kiberhücumlarını təsdiqləyib.

Belə ki, şirkətin hesabatında may və iyun aylarında edilən hücumların “ABŞ-ın indiki və keçmiş hökumət rəsmiləri və seçki kampaniyaları ilə əlaqəli şəxslər də daxil olmaqla, Bayden və Trampla əlaqəli təxminən onlarla insanın şəxsi e-poçt hesablarının” hədəf aldığı açıqlanıb.

Kiberhücumların İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olan APT42 haker qrupu tərəfindən həyata keçirildiyi vurğulanır.

Lalə, Hurriyyet.az