📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Goranboyda 60 qəpikdən domino oynayan şəxslər saxlanıldı

2026-09-23 18:28:37

Goranboyda 60 qəpikdən domino oynayan şəxslər saxlanıldı

Goranboyda qumar oynayan şəxslər saxlanılıblar.

Hurriyyet.media  xəbər verir ki, şəhərin S.Civəzadə küçəsində yerləşən çay evində qeydə alınıb.

43 və 39 yaşlı şəxslərin həmin çay evində 60 qəpikdən domino (telefon) oynadıqları müəyyən olunub. Hadisə yerinə gələn polis əməkdaşları pul ilə domino oynayan həmin şəxsləri saxlayıb və barələrində müvafiq maddə üzrə protokol tərtib edib. 

Çay evində saxlanılan şəxslərin oturduğu masada domino oyununda qumar kimi əldə olunan ümumilikdə 5 manat 70 qəpik, həmçinin 28 ədəd domino daşı aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər etdikləri əməldən peşman olduqlarını deyərək, barələrində yüngül cəza tədbiri seçilməsini istəyiblər.

Məhkəmənin qərarı ilə onların hər biri 3000 manat məbləğində cərimələniblər.