📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Goranboyda ambulans tələbəni vurub öldürdü

2025-02-22 13:37:24

Goranboyda ambulans tələbəni vurub öldürdü

Goranboyda təcili tibbi yardım avtomobili piyadanı vuraraq öldürüb.

Hurriyyet.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Borsunlu kəndindən keçən hissəsində baş verib.

Təcili tibbi yardım avtomobili yolu keçmək istəyən 21 yaşlı Cahangir Orucovu vuraraq öldürüb.

Mərhumun Azərbaycan Dövlət Aqrar Universitetinin IV kurs tələbəsi olduğu bildirilir.

Araşdırma aparılır.

Lent.az