📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Goranboyda arvadını öldürən şəxsin fotoları

2022-03-25 12:49:00

Goranboyda arvadını öldürən şəxsin fotoları

Xəbər verdiyimiz kimi, Goranboyda həyat yoldaşını avtomobillə vurduqdan sonra bıçaqla qətlə yetirən şəxs saxlanılıb.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, "Land Rover Discovery" markalı avtomobillə rayonun Dəliməmmədli şəhərində həyat yoldaşı Məmmədova Əfsanə Faxrəddin qızını vuran Mehman Süleymanov sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Bir ildir faktiki olaraq ayrı yaşayan Əfsanə ilə Mehmanın iki oğlu var. 

Qeyd edək ki, M.Süleymanov avtomobillə Əfsanəni Dəliməmmədli şəhərində yerləşən musiqi məktəbinin yaxınlığında vurub, daha sonra bıçaqla ona xəsarətlər yetirib. Əfsanə Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb. 

Faktla bağlı cinayət işi başlanıb.